Bakıda yaşayış binasında yanğın olub. 

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Belə ki, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 40 m² olan tikiş sexinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.