Bakı şəhərinin Səbail rayonunda yaşayış evində yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin ondulindən ibarət dam örtüyü 65 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.