Bakıda polis xəsarət alan azyaşlıya yardım edib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə iyunun 7-də paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Qəsəbə ərazisində yaşayan azyaşlı evdə ehtiyatsızlıqdan yıxılıb və qolu sınıb.

Uşağın valideyni ərazidə xidmətdə olan yol polisi əməkdaşlarına müraciət edərək onlardan yardım istəyib. Yol polisi əməkdaşları icazə əsasında xidməti ərazini tərk edərək azyaşlı və onun valideynini xəstəxanaya çatdırıb. Uşağa xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra onlar evlərinə qaytarılıblar.

Xəsarət alan azyaşlının valideyni yol polislərinə minnətdarlıq edib.