Göyçay rayonunda bazar ərazisində baş verən yanğın söndürülüb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

***17:24 

Göyçay rayonunda bazarda yanğın başlayıb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində yerləşən bazarda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Rayon Dövlət Yanğından Mühafizə Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.