Bakıda iki nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Mustafayev Rəşad Nicat oğlu və 1995-ci il təvəllüdlü Həmidov Şahin Yunis oğlu ağır xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Ş. Həmidova qarnın küt travması, R. Mustafayevə isə baldır sümüklərinin sınığı, müştərək travma, kəllə-beyin travması diaqnozları qoyulub.

Hər iki şəxs reanimasiyaya yerləşdirilib.