Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org  APA-ya istinadən  xəbər verir ki, hadisə Böyük Şor qəsəbəsində qeydə alınıb.

Belə ki, BMW markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən “VAZ 2107” markalı avtomobilin sürücüsü qəfil onun qarşısında manevr edib.

Bu zaman BMW-nin sürücüsü idarəetməni itirərək “VAZ 2107”yə çırpılıb. 

Zərbənin təsirindən “VAZ 2107” işıq dirəyinə “BMW” isə yol kənarındakı məlumat lövhəsinə dəyib.

Lövhə qırılaraq yerə düşüb.