Türkiyənin məşhur aktrisası Ayşegül Atik 72 yaşında dünyasını dəyişib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, ürəktutmasından vəfat edib. Qeyd edək ki, A.Atik 1948-ci ildə Türkiyənin paytaxtı Ankarada doğulub. O, Ankara Universiteti Dövlət Konservatoriyasının “Teatr” ixtisasını bitirib.

Film və teatr oyunçusu olan A.Atika “Ən son atalar eşidər” və “Döz ürəyim” serialları ilə məşhurluq qazanıb.