Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törədib.  

Unikal.org APA-ya istinadən xəbər verir ki, yanğın Tərtər rayonunun işğal altında olan Talış kəndi ərazisində müşahidə edilir. 

Cəbhə xəttində yerləşən Tərtərin Borsunlu kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, dağlıq yüksəkliklərdə müşahidə olunan alov daha geniş ərazilərə yayılır.