Tovuz rayonunda beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 130 m2 olan mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m2 sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 7 m2 sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.