Kürdəmirdə intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə allnıb.

Belə ki, kənd sakini 41 yaşlı Fərman Məmməd oğlu Məmmədov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyinin Kurdəmir rayon şöbəsinə aparılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.