Bakının Suraxanı rayonunda “Tofaş” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 32 yaşlı Kazımov Natiq Səfər oğlu ölüb.

Onun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.