Gürcüstanda koronavirusa 4 yeni yoluxma faktı təsdiqlənib, daha 13 pasiyent sağalıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da, qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin ümumi sayı 999-a, sağalanların sayı isə 870-ə çatıb. Xəstəliyə tutulanların 15-i vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində saxlanılanların sayı 5 001, stasionar nəzarətdə olanların sayı isə 219 nəfər təşkil edir.