İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun nəşi doğulduğu Sumqayıt şəhəri 13-cü mikrorayon, ev 43-ə gətirilib.

Unikal.org xəbər verir ki, şəhid generalın cənazəsi  Sumqayıt şəhərində böyük coşqu ilə qarşılanıb və onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, P. Həşimov sabah Bakıda II Fəxri Xiyabanda dəfn olunacaq.