Yumurtanı istənilən yeməyin tərkibinə qatanda insan arıqlayır.

Unikal.org xəbər verir ki, bu barədə ispaniyalı məşhur diyetoloq Aytor Sançes  “La Vanguardia” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, bu məhsulun piyəritmə xasusiyyəti yoxdur. Lakin yumurta da daxil olmaqla, tərkibində böyük miqdarda zülal olan istənilən məhsuldan istifadə uzun müddət tox qalmağa kömək edir.

Sançes qeyd edib ki, bu yolla da qəbul edilən ümumi kalorinin miqdarı azalır.