Gədəbəy rayonuna düşən dolu təsərüfata zərər vurub.

Gədəbəy Rayon İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, iyulun 28-də axşam saatlarında güclü külək və dolu rayonda bir sıra fəsadlar törədib.

Belə ki, Gədəbəy rayonunda 7 fərdi yaşayış evinin dam örtüyünə ziyan dəyib. Həmçinin dolu təsərrufata da qismən ziyan vurub, bir çox yerlərdə heyvanları sel aparıb.

Güclü külək nəticəsində elektrik xətlərinə də ziyan dəyib. Bu səbəbdən ötən gecə 47 yaşayış məntəqəsi işıqsız qalıb.
Hazırda, demək olar ki, bütün evlərə elektrik enerjisinin verilməsi bərpa olunub.