ABŞ-da son sutka ərzində koronavirusdan 1,1 min nəfərdən çox insan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, ötən gün ərzində Birləşmiş Ştatlarda koronavirusa 58 mindən çox yoluxma aşkarlanıb.

Qeyd edilir ki, ABŞ-da COVID-19-a yeni yoluxma qeydə alınıb. Eyni zamanda daha 1 133 nəfər pandemiyanın qurbanı olub.