"Cəmil Həsənli məni Prezident Administrasiyasında şöbə müdiri olan Zeynal Nağdaliyevlə "görüşdürmüşdü", indi də, baxıram, Gültəkin Hacıbəyli məni Prezident Administrasiyasının başqa bir şöbə müdiri Ədalət Vəliyevlə "görüşdürüb". Gültəkin xanım iddia edir ki, guya Ədalət Vəliyev mənə Lukaşenkonu dəstəkləmək sifarişini verib".

Unikal.org xəbər verir ki, bu fikirləri sosial şəbəkədəki hesabında Milli Məclisin deputatı Erkin Qədirli yazib. O qeyd edib ki, nə milli, nə də şura olanlar utanmadan yalan yaymağa davam edirlər: "Təhqirlərə çoxdan önəm vermirəm, ona görə onlara cavab yazmıram. Amma fakt iddiası şəklində yayılan yalanlara sadəlöhv insanların inana biləcəyi ehtimalı olduğundan, onları hərdən cavablandırmalı oluram. Mən nə Zeynal Nağdaliyevlə tanışam, nə də Ədalət Vəliyevlə. Heç birisi ilə nə görüşmüşəm, nə də danışmışam. Halbuki, onlarla, eləcə də hökumətin başqa adamlarıyla, görüşüb-danışmaqda heç bir problem görmürəm. Elə bir şey olarsa, səhifəmdə yazaram. Ayrıca, mən Lukaşenkonu dəstəkləməmişəm. O gün yazdığımı Lukaşenkoya dəstək saymaq üçün gərək ya anlaqsız olasan, ya da qərəzli".

Murad İbrahimli