Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yer alıb.

“Əfqanıstanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Belə əlamətdar gündə qardaş Əfqanıstan xalqına əbədi firavanlıq və sülh diləyirik”, - təbrikdə qeyd olunub.