Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyətini dondurduğu haqqında məlumat yayılıb.

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin əməkdaşı Sevinc Şənər Unikal.org-a açıqlamasında bu məlumatın tamamilə yanlış olduğunu bildirib:

"Ombudsman fəaliyyətini dondurmayıb. Hətta pandemiya dövründə də onlayn tədbirlərimiz olub. Ombudsman xarici ölkələrdə Dağlıq Qarabağla bağlı mitinqlərdə də iştirak edib. Tədbirlərimizin keçirilməsi onlayn şəkildə davam edir".

Murad İbrahimli