Nazirlər Kabineti Aparatının rəhbərinin müavinlərinin sayı artırılır.

Unikal.org xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan Əsasnaməyə görə, Nazirlər Kabineti Aparatının rəhbərinin bir müavini olub. Dəyişikliyə əsasən, Nazirlər Kabineti Aparatının rəhbərinin iki müavini olacaq.