Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 2948 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər infeksiyadan vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 350 min 100, xəstəlikdən ölənlərin sayı isə 41 min 554 nəfərə çatıb.