Dərman preparatlarının gömrük nəzarətinə bəyan edilmədən keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a  bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 2 ədəd planşet, 730 ədəd müxtəlif adda dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.