Tovuz döyüşlərinin qəhrəmanı, şəhid mayor Namiq Əhmədovun övladı Məhəmməd artıq Göyəzən kurslarında hazırlıqlara başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə "CARÇIOGLU GROUP" MMC-nin mətbuat xidmətinin rəhbəri Səbinə Yusif  "Facebook"da paylaşım edib. 
Qeyd edək ki, şəhid Namiq Əhmədovun övladlarının hazırlıq xərclərini "CARÇIOGLU GROUP" MMC-nin rəhbəri Elçin Carçıyev öz üzərinə götürüb.