Kanadada bir gündə yeni koronavirus infeksiyasına yoluxma rekord həddə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb. Belə ki, ölkədə bir sutka ərzində 2 124 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxanların ümumi sayı 162 659 nəfərdir. Ən çox yoluxma halı Kvebek və Ontario əyalətlərində qeydə alınıb.

Pandemiya nəticəsində ümumilikdə 9 409 pasiyent həyatını itirib. Müalicə olunan 137,6 min nəfər isə sağalıb.