Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə elektron sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə Unikal.org-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proses 6 oktyabr saat 23:59-dək davam edəcək.

Qeyd edək ki, yerləşdirmədə iştirak etmək istəyən namizədlər 2 oktyabr saat 18:00-dan  5 oktyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməli idirlər.