Xalqımız rəşadətli ordumuza öz rəğbətini və hisslərini hər sahədə müxtəlif formalarda bildirir.

Unikal.org xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi​ “Bakı Taksi Xidməti” MMC də öz növbəsində ordumuza dəstək və sərnişinlərdə ruh yüksəkliyi yaratmaq məqsədilə tabeliyindəki​ taksi minik avtomobillərinin üzərinə şanlı Azərbaycan bayrağını yerləşdirib. 

Bayrağımızın qüdrəti bizə bu gün də qələbə sevinci yaşatsın ümidi ilə yola çıxan BTX-nin sürücüləri bayrağımızın əks olunduğu avtomobillərini Qarabağ yollarında, çığırlarında sürəcəkləri günün yaxın olduğuna əmindirlər.