Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Astara şəhərində mərkəzi bazarın girişində tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. 

Xidmətin rəis müavini Ramal Bağırov Unikal.org-a bildirib ki, əraziyə keçirilən baxış zamanı zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə ətrafa atıldığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

“Xidmətin əməkdaşlarının nəzarəti altında Astara Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən ərazi tullantılardan təmizlənib və zibil konteynerləri yerləşdirilib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Astara rayon MKTTİB MMC-yə məcburi göstəriş verilib”.