“Bildirirəm ki, son dövrlərdə mənim adımdan facebook, Instagram və Twitter sosial şəbəkələrində saxta profillər yaradılır”. 

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb. 

H.Hacıyev bildirib ki, bunun arxasında erməni dairələrinin olması istisna deyildir: “Mən yalnız twitter sosial şəbəkəsində @hikmethajiyev hesabından Istifadə edirəm”.