Ermənistan öz cinayətkar mahiyyətini, terror dövləti olmasını və heç bir insani-humanitar normalara hörmət etmədiyini bir daha göstərdi.

Unikal.org xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Spiker qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz və çarəsiz qalan Ermənistanın silahsız və dinc insanlara gecə yuxuda olarkən raketlə hücum etməsi Azərbaycan xalqının şanlı tarixindən gələn qəhrəmanlıq və qorxusuzluq hissləri qarşısında və dünyanın gözü qarşısında kiçilməsindən başqa bir şey deyildir:

"Bu hücum bir daha bütün dünyaya Azərbaycanın haqlı mübarizə apardığını, Ermənistanın müharibəni belə ən dəyərsiz şəkildə apardığını açıq-aydın göstərir. Bu gecə Gəncədə həyatını itirən həmvətənlərimə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Bu hadisələrin fonunda bir şeyə xalq olaraq hər gün daha çox inanırıq ki, qələbə bizimdir və Qarabağ Azərbaycandır!"