"Ermənistanın bu əməlləri regional sülhə böyük təhdid yaradır".

Unikal.org xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, Azərbaycan suveren əraziləri çsərçivəsində müharibə aparır: “Ermənistan isə öz ərazisindən istifadə etməklə Azərbaycan şəhərlərini atəşə tutur. Ermənistan enerji infrastrukturlarını da hədəfə alır ki, bu da təkcə Azərbaycan deyil, digər ölkələr üçün də təhlükə yaradır”.