Türkiyə Azərbaycan, Rusiya  və Ermənistanın Dağlıq Qarabağla bağlı Moskvada baş tutan üçtərəfli danışıqlarda əldə olunan razılaşmaları dəstəkləyib.

Unikal.org xəbər verir ki, belə bir bəyanatla Rusiya Xarici İşlər naziri Sergey Lavrov  erməni həmkarı Zöhrab Mnatsakanyan ilə bu gün baş tutan görüşdən sonra çıxış edib.

“Yeri gəlmişkən, mən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə də danışmışam, ona göstərdiyimiz səylərə dəstək göstərilməyinə ümid etdiyimizi bildirmişəm və bazar günü bir daha telefon danışığımızı olub ki, bu zaman  Moskva sənədinə dəstək təsdiq olunub, - deyə Lavrov vurğulayıb.