Türk Şurası Azərbaycanın Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasını pisləyən bəyanat yayıb.

Unikal.org xəbər verir ki, bəyanatda Türk Şurasının Azərbaycan şəhərlərinin və mülki əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasını qətiyyətlə pislədiyi və bunun beynəlxalq hüquqa zidd olduğu bildirilir: “Bu cür hücumlar dayandırılmalı və işğalçı qüvvələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxmalıdır”.