"Gəncə şəhəri bombardman edilmiş, mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Bu, Ermənistan rəhbərliyinin həyata keçirdiyi faşizm siyasətinin növbəti təzahürüdür".

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyev bununla bağlı "Twitter" hesabında paylaşım edib.

Dövlət başçısı bildirib ki, biz işğaldan azad olunmuş torpaqlarda şəhərlər quracağıq, həmin yerləri cənnətə çevirəcəyik:

"O torpaqlar canlanacaq, ora həyat, uşaqların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar".