Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Unikal.org xəbər verir ki, səfər 18-20 oktyabr tarixlərində baş tutacaq. TBMM sədri səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcək.

Bundan əlavə, Mustafa Şentopun oktyabrın 20-də Milli Məclisdə çıxışı nəzərdə tutulub.