Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistan Azərbaycanın mövqeyini dəstəkləyir.

Unikal.org xəbər verir ki,bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrafxanov Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Səfir bu yaxınlarda Azərbaycan tərəfinin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Gəncə şəhərinə təşkil etdiyi səfərdən bəhs edib. O, Ermənistanın mülki insanları və mülki obyektləri hədəfə alan raket hücumlarının faciəvi nəticələrinin şahidi olduğunu deyib. Günahsız insanların hədəfə alınaraq öldürülməsini şiddətlə qınadığını bildirib.