Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Strateji  Silahların Azaldılması Müqaviləsi mövzusunda Moskva ilə Vaşinqton arasında dialoqu, həmçinin Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Unikal.org TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

“İclasın iştirakçıları, həmçinin Dağlıq Qarabağ ətrafındakı münaqişənin cari durumu haqqında fikir mübadiləsi aparıblar”, - deyə Peskov bildirib.

Toplantıda ölkənin bütün hərbi-siyahi rəhbərliyi iştirak edib.