Serbiyanın “Partizan” klubu 18 yaşlı istedadlı futbolçu Filip Stevanoviçin İngiltərənin “Mançester Siti” klubuna keçidinin razılaşdırıldığı barədə məlumat yayıb.

Unikal.org xəbər verir ki, bu barədə  “Partizan” klubunun “Twitter” səhifəsində dərc edilib.

18 yaşlı hücumçunun “Mançester Siti”yə keçidi qış transfer pəncərəsi dövründə baş tutacaq.

F. Stevanoviç bu mövsüm Serbiya çempionatında keçirdiyi 11 oyunda üç qola imza atıb.