Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

Unikal.org xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə "Qarabağ" klubu doğma meydanda "Keşlə"ni qəbul edəcək.

Günün digər qarşılaşmasında "Neftçi" komandası "Sumqayıt"ın qonağı olacaq. Bu görüşdən sonra 8-ci tur başa çatacaq.

16:00. "Qarabağ" - "Keşlə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Nicat İsmayıllı
"Azersun Arena"

14:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
"Kapital Bank Arena"