İtaliya millisinin və "Roma"nın sabiq futbolçusu Françesko Totti koronavirusa yoluxub.

Unikal.org  "Corriere dello Sport"a istinadən xəbər verir ki, onun koronavirus testi müsbət çıxıb. Veteran oyunçunun hərarəti olduğu və özünü halsız hiss etdiyi vurğulanıb. Tottinin evində karantinə alındığı vurğulanıb.

Qeyd edək ki, Tottinin atası Enzo Totti oktyabrın 12-i koronavirusdan dünyasını dəyişmişdi.