Sentyabrın 27-dən başlayaraq Ermənistanın ölkəmizə  təcavüzü nəticəsində dəymiş ziyanın qiymtləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib.

Unikal.org xəbər verir ki, bu gün Azərbaycan Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan  silahlı qüvvələrinin Azərbaycan  ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib.

Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın sədri tərəfindən bildirildi ki, Sərəncamdan irəli gələn tapşırıqlar qısa müddətdə yerinə yetirilməlidir.