"Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə "uğur qazanmaq" prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər".

Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

"Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi", - deyə H.Hacıyev bildirib.