Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm.

Unikal.org-un məlumatına görə, bu, İranın Ali Liderinin Ərdəbil vilayətindəki nümayəndəsi Seyid Həsən Amilinin bəyanatında qeyd olunur.

S.H.Amilinin sözlərinə görə, Azərbaycan xalqı sübut etdi ki, işğalçılıq daimi davam etməyəcək.

İranın Ali Liderinin nümayəndəsi Allahdan şəhidlərə rəhmət, yaralılara şəfa diləyib və şəhid ailələrinə başsağlığı verib.