"Dağlıq Qarabağın işğaldan azad olunması münasibətilə Azərbaycanı təbrik edirəm".

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzi haqqında müqavilə imzalayıb.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq: "Müqavilənin imzalanması ilə Azərbaycan xalqını və qardaşım İlham Əliyevi təbrik edirəm. Hər zaman olduğu kimi biz Azərbaycanın yanında olduq və işğalın sona çatması üçün hər bir şeyi etdik. Türkiyə müqavilənin icrasına nəzarət və təftiş üçün bölgədə mövcud olan rus sülhməramlılarla birlikdə olacaqdır. Atəşkəsə nəzarət və təftiş üçün yaradılan birgə sülh mərkəzi müqaviləsini bu səhər Rusiya ilə imzaladıq".