Hazırda paytaxın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var. Həmin küçə və prospektlər aşağıdakılardır:

- Rəşid Behbudov küçəsi;

- Heydər Əliyev prospekti kənar yolllar hər iki istiqamət;

- Qara Qarayev prospekti, Dakar dairəsi;

- Tbilisi prospekti hər iki istiqamət;

- Abbasqulu ağa Bakıxanov küçəsi;

- Üzeyir Hacıbəyov küçəsi;

- Ziya Bünyadov prospekti hər iki istiqamət;

- Moskva prospekti

"Yağışlı hava şəraitini nəzərə alaraq hərəkət iştirakçılarından ehtiyyatlı olmağı xahiş edirik. Mümkün qədər yollarda avtobusların hərəkət şərait yaradılmasını xahiş edirik", - deyə qurum bəyan edib.