Hazırda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı görüşlər davam etdirilir.

Unikal.org xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə və Rusiya nümayəndə heyətləri hazırda texniki məsələləri müzakirə edir və qarşılıqlı səylər davam etdirilir.