Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən - Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib.

Unikal.org xəbər verir ki, bu barədə Modern.az-a Dövlət İdarəçilik Akademiyasından məlumat verilib.

Akademiyadan bildirilib ki, Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir də seçilib. Belə ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb.