Dünyaca məşhur müğənni-aktrisa Cennifer Lopez noyabrın 23-də keçirilən "American Music Awards”ın təqdimetmə mərasimində iştirak edib.

Unikal.org xəbər verir ki, səhnə şousu ilə gecəyə damğa vuran sənətçi qırmızı xalıdakı geyimi ilə də diqqtələri üzərinə çəkib.

51 yaşlı Cey Lo mərasimə "Balmain" brendindən geyindiyi dərin dekolteli və yarıqlı gümüşü libası üçün 19 min dollar (təxminən 32 min manat) pul xərcləyib.