İspaniya La Liqasında XII tur davam edir.

Unikal.org xəbər verir ki, çempionatın əsas favoritləri ikinci oyun günündə meydana çıxıb.

Yarışın lideri “Atletiko” “Valyadolid” üzərində qələbə qazanıb. “Sevilya”nın qonağı olan “Real” vacib 3 xal əldə edib.

“Barselona” isə “Kadiz”lə görüşdən məğlub ayrılıb. “Levante” öz meydanında “Xetafe”ni darmadağın edib.

Qeyd edək ki, turun digər oyunları dekabrın 6-7-də keçiriləcək.