Avropada Böyük Britaniyanın ittifaqı tərk etməsi ilə bağlı narahatlıqlar davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə "cırtdan ölkə" Lüksemburqun XİN başçısı Jan Asselborn "Brexit" barədə danışıb.

Lüksemburq xarici işlər naziri bildirib ki, Britaniya və Avropa Birliyi arasında danışıqlar uğursuz olarsa, Birləşmiş Krallıq təkcə beynəlxalq təşkilat olan ittifaqdan deyil, bütövlükdə Avropa arealından qopacaq. J.Asselborn belə olmayacağına ümid etdiyini vurğulayıb.