Gürcüstanda son parlament seçkilərindən sonra siyasi gərginlik davam edir.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin və bir sıra Qərb ölkələrinin diplomatik korpusunun vasitəçiliyi ilə müxalifət və hakim Gürcü Arzusu Partiyası müzakirə masasına əyləşib. Yekun ortaq məxrəcin nə olacağı hələ bəlli deyil.

Qeyd edək ki, müxalifət 31 oktyabrda baş tutan seçkilərin və bəzi majoritar dairələrdə noyabrda keçirilən ikinci turun nəticələrini tanımaqdan imtina edib. Seçkilərin saxtalaşdırıldığını iddia edən müxalifət yeni seçki tələbi ilə kütləvi etirazlar təşkil edirdi. İqtidar isə yeni seçkilərin keçirilməyəcəyini bəyan edirdi. Böhran davam edir.